Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "Səbail" - "Araz-Naxçıvan" oyunundan sonra baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Sıx oyun qrafikində çıxış etdiyimizə görə bugünkü matçda elə də dinamik oyun nümayiş etdirə bilmədik. Qarşıdakı günlərdə yaxşı istirahət edib çempionatın qalan oyunlarına hazırlaşacağıq.

Qoldan sonra müdafiəyə çəkilməklə bağlı futbolçulara hansısa tapşırıq verilməyib. Qeyd etdiyim kimi, sıx qrafiklə əlaqədar onlarda da yorğunluq olur. Futbolçuların çıxışını kiçiltmək fikrimiz yoxdu. Əllərindən gələni etdilər. İnanıram ki, qarşıdakı oyunlarda daha məzmunlu, dinamik şəkildə çıxış edəcəyik.

3-cü yerlə bağlı hansısa təzyiq hiss etmirik. Çünki bura bu futbolçuların qazandıqları xallarla gəlmişik. Toparlanıb qalan oyunlarda da lazım olan nəticələri qazanacağıq.

Biz komandanı rəqiblərin qazandıqları və ya itirdikləri xallara gorə deyil, öz nəticələrimizə kökləyirik".